Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Dost Agentliyində rəhbər vəzifədə çalışan şəxslər üçün dörd günlük təlimlərin keçirilməsinə başlanılıb.
Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində təşkil edilən təlimin ilk günündə qurumun İdarə Heyəti sədrinin müavini, təlimçi Hasil Abbasov rəhbər şəxslərə “Hədəf əsaslı İdarəetmə” proqramı təqdim edib. Təlim prosesində real nümunə və keyslər nümayiş olunub, qrup işi təşkil edilib.
Növbəti günlərində təlim iştirakçılarına “Effektiv liderlik üçün kommunikasiya” və “Liderlik” mövzularında təlim proqramları təqdim ediləcək.
Təlimlərin keçirilməsində məqsəd struktur bölmə rəhbərlərinin peşəkar idarəetmə bacarıqlarının artırılması, onlara məsul olduqları proseslər və tabeliyində olan işçiləri effektiv idarə edə bilmələri üçün dəstək olmaqdır.