Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dünya Bankının nümayəndəsi Valid Madhoun ilə görüş olub.
Nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi “Məşğulluğa dəstək layihəsi”nin icrası çərçivəsində keçirilən görüşdə Milli Observatoriyanın fəaliyyət istiqamətlərindən bəhs olunub.
Qurumun əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə monitorinq, təhlil, proqnozlaşdırma işlərinin aparılması istiqamətində fəaliyyəti, həyata keçirdiyi layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat verilib.
“Azərbaycanda layiqli iş yerlərinin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” layihəsinin prioritetlərindən birinin də Milli Observatoriyanın institusional potensialının gücləndirilməsi olduğu vurğulanıb. Bu istiqamətdə görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.