Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada növbəti təcrübə proqramı sona yetib
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli təcrübəçiləri proqramda aktiv iştirak etdiklərinə görə təbrik edib. Bildirib ki, 3 ay müddətində təcrübəçilər ayrı-ayrı departamentlərdə təcrübə keçiblər. Onlar sorğuların aparılmasına, tədqiqat mövzularının təhlilinə, qiymətləndirmə prosesinin keçirilməsinə cəlb olunublar.
Təcrübə proqramı vasitəsi ilə əldə etdikləri bacarıqlardan danışan təcrübəçilər yaradılan şəraitə görə təşəkkürlərini bildirib, gələcək karyeralarında burada qazandıqları təcrübədən bəhrələnəcəklərini vurğulayıblar.
Sonda proqrama qatılan 27 təcrübəçiyə mentorları tərəfindən sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Milli Observatoriya tərəfindən tətbiq olunan təcrübə proqramının məqsədi tələbə və məzunları korporativ iş mühiti ilə tanış etmək, potensial kadr fondunu yaratmağa dəstək olmaqdır.