Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın iştirakı ilə Qərbi Kaspi Universiteti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirib.
“Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda keçirilən konfransda müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafı və milli kadrların hazırlanmasına xüsusi qayğısından, bu sahədə tarixi xidmətlərindən bəhs olunub.
Milli Observatoriyanın Idarə Heyətinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Sənnur Əliyev “Azərbaycanda əmək bazarının keyfiyyət təhlili” və Milli Observatoriyanın Təhlil və tədqiqatlar şöbəsinin baş mütəxəssisi Elnarə Qəribova “Qloballaşma şəraitində miqrasiya” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçılarına qurumun fəaliyyət istiqamətləri, əmək bazarının araşdırılması və prioritet peşələrin müəyyən edilməsi məqsədi ilə apardığı tədqiqatlar barədə də məlumat verilib. Konfrans işini 8 istiqamət üzrə bölmə iclasları ilə davam etdirib.