Milli Observatoriya tərəfindən Təlimçi Reyestrinin formalaşdırılması işləri davam edir.
Bu məqsədlə Deloitte Akademiyasında Observatoriyanın təlimçi əməkdaşları üçün "Daxili Təlimçilərin hazırlanması" mövzusunda funksional təlimlər keçirilib.
Təlimdə iştirakçılara təlimlərin keçirilməsi ilə bağlı yeni trendlər, o cümlədən, Brain Targeted Learning, Big picture design, vizuallaşma, əyani və virtual təqdimat bacarıqları, Power Point-də iş, Jamboard, Google Docs və sair online resurslardan istifadə etməklə interaktiv əyani, virtual və ya hibrid sessiyaların hazırlanması qaydaları ətraflı məlumat verilib. Təlim iştirakçıları ilə workshop keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.