AZ
Elçin Bəhman oğlu Süleymanov

İdarə Heyəti sədrinin müavini

Elçin Bəhman oğlu Süleymanov

 

Elektron poçt:  elchin.b.suleymanov@sosial.gov.az

Qəbul günləri: Cümə

Qəbul saatları:  10:00 - 12:00

 

 

1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub.

 

1992-1997-cı ildə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisası üzrə bakalavr təhsili alıb.


1998-2000-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsini tamamlayıb.

 

2015-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə maliyyə ixtisası üzrə dosent elmi adına layiq görülüb.

 

1996-2023-cü illərdə müxtəlif ali təhsil müəssisələrində müəllim, kafedra müdiri və prorektor vəzifələrində çalışıb. 

 

Məqalələri müxtəlif beynəlxalq indeksli jurnallarda nəşr edilib, kitab, monoqrafiya və dərslik vəsaitlərinin müəllifidir

 

2024-cü ilin yanvar ayından etibarən Milli Observatoriyanın  İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

 

Ailəlidir, 2 övladı var.