Elektron poçt: elnur.safarli@sosial.gov.az
Qəbul günləri: Çərşənbə axşamı
Qəbul saatları: 11:00-12:00
1989-cu ildə Bakı şəhərində anadan olub.
2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında İnformasiya ve hesablama texnikası ixtisası üzrə təhsil alıb.
2010-2013-cü illərdə magistr təhsilini Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin komputer mühəndisliyi ixtisası üzrə tamamlayıb.
2013-2016-ci illərdə Baki Ali Neft Məktəbində metodist işləyib.
2016-2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Departament direktoru vəzifəsində çalışıb.
2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsində İnnovativ həllər sektorunun müdiri olub.
2022-ci ilin iyun ayında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
2023-cü ildə Milli Observatoriyanın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.