AZ

Təhlil və Tədqiqat Mərkəzi

 

Təhlil və Tədqiqat Mərkəzi - əmək bazarının və məşğulluğun cari və perspektiv vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək, əmək bazarında strateji məşğulluq sahələrini, onların gələcək inkişaf meyillərini müəyyən etmək, ölkədəki demoqrafik vəziyyəti qiymətləndirmək və bu sahədə müvafiq proqnozları hazırlamaq, həmçinin əhalinin sosial müdafiəsi sahəsində qabaqcıl ölkə təcrübələrinin öyrənilməsini təmin etmək və bütövlükdə əmək bazarı və sosial müdafiə sahəsində iqtisadi islahatların hazırlanmasına töhfə vermək funksiyasını həyata keçirir.

 

Mərkəz tərəfindən əmək bazarı, məşğulluq, sosial müdafiə və demoqrafiya məsələləri ilə bağlı müvafiq qərarların qəbulu prosesində aşağıdakı istiqamətlərdə təhlil və tədqiqatlar aparılır:

 

⮚  Əmək bazarı və sosial müdafiə sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və bu sahədə ölkə üçün müvafiq təkliflərin təqdim edilməsi;

⮚  Əmək bazarının mütəmadi olaraq təhlil edilməsi əsasında, peşə və bacarıqlara, ixtisaslı kadrlara olan ehtiyacın müəyyənləşdirilməsi;

⮚  Ölkə əhalisinin demoqrafik proyeksiya və proqnozlarının işlənib hazırlanması;

⮚  Gender problemləri, o cümlədən qadınların əmək bazarında iştirak məsələlərinin tədqiq edilməsi.

 

Bu araşdırma istiqamətləri üzrə hədəf kütləsini müvafiq sahədə qiymətləndirmə və təhlillərin məqsədindən asılı olaraq aşağıdakı subyektlər əhatə edir:

 

⮚  Dövlət qurumları;

⮚  Əhali qrupları;

⮚  Biznes təsisatları;

⮚  Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları;

⮚  Universitet tələbələri və tədqiqatçılar.